Futbol

Yığmamızın üzvü üçün 79 dəqiqə

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 29-cu turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Dordrext”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Kökçü də bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçın 79-cu dəqiqəsində əvəzlənib. 73-cü dəqiqədə isə futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb.

“Valveyk” hazırda 27 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.