Futbol

Amit Quluzadə oynadı, “Drita” xal itirdi

Futbol üzrə Kosovo çempionatında 22-ci turun oyunları keçirilir. 

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi "Drita" da növbəti oyununu keçirib. Sözügedən komanda səfərdə “Trepça 89” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Amit də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 80-ci dəqiqədə əvəzlənib.

22 turdan sonra hesabında 38 xal olan “Drita” 12 komanda arasında ikincidi.