Futbol

Nəsirovsuz “Sportinq” yenə xal itirdi

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 26-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Akademika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

"Sportinq" hazırda 31 xalla 20 klub arasında 15-ci pillədə qərarlaşıb.