Futbol

Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Ukrayna çempionatında 21-ci turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Paşayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

"Aleksandriya" geridə qalan turlarda topladığı 22 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.