Futbol

“Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu

“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov məşqçiliyə başlayıb.

Dsport.az xəbər verir ki, o, Estoniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında köməkçi-məşqçi vəzifəsinə təyin olunub. Voskoboynikov “Levadiya”nın futbol məktəbində idman direktoru kimi də işini davam etdirəcək.

Qeyd edək ki, karyerasını ötən ilin sonunda bitirən Voskoboynikov “Neftçi”də 2010-cu ildə oynayıb.