Futbol

Milli komandada yeni baş məşqçi

Futbol üzrə Yeni Zelandiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, sözügedən ölkənin futbol federasiyası bu postu isveçrəli Frits Şmidə həvalə edib. O, bu vəzifədə Entoni Hadsonu əvəz edib.

Xatırladaq ki, Şmidin son iş yeri Malayziya yığmasında texniki direktoru vəzifəsi olub.