Futbol

Millimizlə qarşılaşma ən az gəlir gətirən oyun oldu

Bolqarıstan Futbol İttifaqı (BFİ) son iki seçmə tsikllə bağlı hesabat hazırlayıb. 

Dsport.az xəbər verir ki, sənəddə AÇ-2016 və DÇ-2018-in seçmə mərhələsinin ev oyunlarındakı bilet satışı, həmçinin bundan əldə olunan gəlir əksini tapıb.

Ümumilikdə 10 seçmə matçı quruma 1 milyon 167 min 710 lev (1 milyon 257 min 390 manat) gəlir gətirib. Bu görüşlər arasında ən az fayda verən isə Azərbaycanla görüş olub.

Belə ki, AÇ-2016-nın seçmə mərhələsində baş tutan Bolqarıstan – Azərbaycan qarşılaşması meydan sahiblərinə 1895 lev gəlir verib. Bu isə 2 min 40 manat 54 qəpiyə bərabərdi.

Qeyd edək ki, 2015-ci il oktyabrın 13-də Sofiyada keçirilən görüşdə Bolqarıstan yığması 2:0 hesabı ilə qalib gəlib. (Apasport)