Futbol

Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 25-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Əzizov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.

"Den Boş" hazırda 35 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.