Futbol

ÇL: Azərbaycan klubu yenə uduzdu

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə səfərdə Qətərin “Əl-Qarafa” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdə böyük hesabla məğlub olublar – 0:3.

Xatırladaq ki, “Traktorsazi” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə də uduzmuşdu - 0:1.

A qrupunda yer alan “Traktorsazi” hazırda xalsızdı və sonuncu pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını martın 5-də BƏƏ “Əl-Cəzirə”sinin qonağı olacaq.