Futbol

Kosovo klubu Amitə ehtiyac duymadı

Futbol üzrə Kosovo Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi “Drita” da bu turnirdə növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “İstoqu” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Amit bu görüşün iştirakçısı olmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

Bu qələbə sayəsində “Drita” ölkə kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb.