Futbol

Sabiq “Qarabağ”lı ÇL-də dubl etdi - VİDEO

“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyununda dubla imza atıb.

Dsport.az xəbər verir ki, hazırda Avstraliyanın “Melburn Viktori” klubunun şərəfini qoruyan futbolçu Cənubi Koreya “Ulsan Hende”si ilə ev oyununda fərqlənib. Hesabda iki dəfə geri düşən komandasının bərabərlik qollarını vuran (26 və 37-ci dəqiqələrdə) Leroyun bu dublu sonda Avstraliya təmsilçisinin 3:3 hesablı heç-heçəyə nail olmasından böyük rol oynayıb.