Futbol

Sabiq “Qarabağ”lı Qazaxıstan klubunda

“Qarabağ"ın keçmiş futbolçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər.

Dsport.az xəbər verir ki, qış fasiləsində Trnavanın "Spartak" klubuyla (Slovakiya) müqavilə imzaladıqdan 3 həftə sonra komandadan ayrılan 28 yaşlı futbolçu indi də "Aktobe"yə keçməyə yaxındı.

Braziliyalı futbolçu hazırda Qazaxıstan klubunun düşərgəsində baxışdadı. Reynaldonun hazırlıq səviyyəsi məşqçilər korpusunu qane etsə, onunla müqavilə imzalanacaq.

Reynaldo 2012-2017-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.