Futbol

Sabiq “Qəbələ”li İran klubunda

“Qəbələ”nin sabiq futbolçusu Yazalde Qomes Pinto karyerasını İranda davam etdirəcək.

Dsport.az xəbər verir ki, portuqaliyalı hücumçu bu ölkənin “İstiqlal” klubuyla anlaşıb. Bu barədə Tehran təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu 2014/15 mövsümündə “Qəbələ”nin uğurları üçün çalışıb. “Qırmızı-qaralar”da icarə əsasında çıxış edən hücumçu, bu komandada 16 oyunda qol vura bilməyib.

Karyerası ərzində “Braqa”, “Jil Visente”, “Astra” kimi komandalarda top qovmuş Yazaldenin son klubu “Riu Avi” olub.