Futbol

Budaq Nəsirov oynamadı, komandası xal itirdi

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 21-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Akademiko Vizeu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

"Sportinq" hazırda 26 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.