Futbol

Millimizin üzvü Hollandiya klubunda debüt etdi

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 20-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Alkmaar”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Kökçü də bu görüşün iştirakçısı olub. Futbolçumuz qarşılaşmaya start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. Bu, bir müddət öncə Türkiyənin “Bursaspor” klubundan icarəyə götürülmüş millimizin üzvü üçün Hollandiya təmsilçisinin heyətində debüt matçı olub.

“Valveyk” hazırda 22 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.