Futbol

Millimizin rəqibində yeni baş məşqçi

Futbol üzrə Moldova millisinin yeni baş məşqçisi bəlli olub.

Dsport.az xəbər verir ki, yığmanın “sükanı” Aleksandr Spiridona həvalə edilib. Bu barədə məlumatı Moldova Futbol Federasiyası yayıb. 57 yaşlı mütəxəssislə 1+1 illik müqavilə bağlanıb.

Spiridon daha öncə də Moldova millisini çalışdırıb. O, 2001-ci ildə yığmanın “sükanı arxasında” olub.

Moldovalı məşqçi karyerası ərzində ölkənin U-21 millisində, “Zimbru”, “Tiliqul”, “Nistru” klublarında baş məşqçi, "Şaxtyor"da isə köməkçi məşqçi kimi çalışıb. Onun son iş yeri “Zenit” olub. O, Sankt-Peterburq təmsilçisində köməkçi məşqçi kimi çalışıb.

Spiridonun yığmanın baş məşqçisi kimi ilk sınağı yanvarın 27-də, Cənubi Koreya ilə yoxlama oyununda olacaq. Moldova millisi 3 gün sonra isə Azərbaycan yığması ilə üz-üzə gələcək. Hər iki oyun Antalyada keçiriləcək.