Futbol

“Neftçi”nin sabiq forvardı karyerasını başa vurdu

“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov futbolçu karyerasını başa vurub.

Dsport.az xəbər verir ki, o, 34 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Voskoboynikov bundan sonra əvvəllər şərəfini qoruduğu “Levadiya”nın akademiyasında idman direktoru kimi çalışacaq. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Voskoboynikov 2009/10 mövsümündə “Neftçi”nin şərəfini qoruyub. O, “ağ-qaralar”ın heyətində ümumilikdə 11 oyun keçirib, 1 qol vurub. Estoniyalı sabiq hücumçu karyerası ərzində Bakı təmsilçisindən başqa, “Eupen”, “Brussels”, “Torpedo” (Moskva), “Ximki”, “Dinamo” (Tiflis), “Luç Energiya” kimi komandalarda da top qovub. Onun son çıxış etdiyi klub Estoniya “İnfonet”i olub.

2007-2013-cü illər aralığında Estoniya yığmasının da şərəfini qorumuş Voskoboynikov, millidə keçirdiyi 36 oyunda 4 qol vurub.