Futbol

“Traktorsazi” yenə də uduzdu

Futbol üzrə İran çempionatında 19-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb. Cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən təbrizlilər bu dəfə səfərdə “Naft Tehran”a məğlub olublar – 0:2.

Təbrizin digər təmsilçisi “Göstəriş” isə bu gün doğma meydanda “Fulad Xuzestan”la qarşılaşacaq.

“Göstəriş” hazırda 26 xalla 16 klub arasında 8-ci, “Traktorsazi” isə 21 xalla 11-ci pillədə qərarlaşıb.