Futbol

Cənubi Amerika kubokunun qalibi bəlli oldu

Cənubi Amerika kubokunun qalibi bəlli olub.

Dsport.az xəbər verir ki, finalda Argentinanın “İndependyente” klubu ilə Braziliya “Flamenqo”su qarşılaşıb. İlk oyun dekabrın 7-də Argentinada keçirilmiş və meydan sahiblərinin 2:1 hesablı qələbəsilə yekunlaşmışdı.

Cavab oyununda 1:1 hesabı qeydə alınıb. Hesabı oyunun 30-cu dəqiqəsində “Flamenqo”nun müdafiəçisi Lukas Paketa açıb. 10 dəqiqə sonra isə Esekiel Barko penalti zərbəsi ilə yekun nəticəni müəyyənləşdirib.

Bununla da “İndependyente” tarixində ikinci dəfə Cənubi Amerika kubokuna sahib çıxıb. Komanda ilk dəfə 2010-cu ildə mükafata sahib çıxmışdı.