Futbol

DÇ-nin digər finalçısı da bəlli oldu - VİDEO

Futbol üzrə klublararası dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, BƏƏ-nin Əl-Əyn və Əbu-Dabi şəhərlərində keçirilən dünya çempionatı dekabrın 16-dək davam edəcək.

Turnirdə meydan sahibi “Əl-Cəzirə” (BƏƏ) ilə yanaşı, öz qitələrində çempion olmuş “Okland Siti” (Yeni Zelandiya), “Paçuka” (Meksika), “Vidad Kasablanka” (Mərakeş), “Urava Red Daymonds” (Yaponiya), “Qremio” (Braziliya) və “Real” (İspaniya) klubları çıxış edir.

DÇ-nin ilk oyununda “Əl-Cəzirə” və “Okland Siti” üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

1/4 finalda "Paçuka" "Vidad Kasablanka"ya, "Əl Cəzirə" isə "Urava Red Daymonds"a qalib gələrək, yarımfinala yüksəlib.

Yarımfinalın ilk görüşündə "Qremio" "Paçuka" ilə qarşılaşıb. Bu görüşün də taleyini 1 qol həll edib. Braziliya təmsilçisi əlavə vaxtda vurduğu qolla finala yüksəlib.

Digər yarımfinal matçında Madrid "Real"ı "Əl Cəzirə" ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşmada sevinən tərəf avropalılar olublar.

Beləcə, DÇ-nin finalında "Real" ilə "Qremio" üz-üzə gələcək. Üçüncü yer uğrunda oyunda isə "Əl Cəzirə" "Paçuka" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Klublararası dünya çempionatı

6 dekabr

İlk mərhələ

Əl Cəzirə (BƏƏ) - Okland Siti (Yeni Zelandiya) 1:0
Qol: Romarinyo, 37.

9 dekabr

1/4 final

1. Paçuka (Meksika) - Vidad Kasablanka (Mərakeş) 1:0
Qol: Quzman, 112.

2. Əl Cəzirə (BƏƏ) - Urava Red Daymonds (Yaponiya) 1:0
Qol: Mabxut, 52.

12 dekabr

Yarımfinal

Qremio (Braziliya) - Paçuka (Meksika) 1:0
Qol: Everton, 95.

13 dekabr

Əl Cəzirə (BƏƏ) - Real (İspaniya) 1:2
Qol: Romarinyo, 41 - Ronaldo, 53. Beyl, 81.

16 dekabr

Üçüncü yer uğrunda oyun

18:00. Əl Cəzirə - Paçuka

Final

21:00. Real – Qremio