Futbol

Rauf Əliyev qol vurdu, “Kukesi” darmadağınla mərhələ adladı

Futbol üzrə Albaniya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv aşağı liqa təmsilçisi “Erzeni” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matçda futbolçumuzun komandası darmadağına sevinib – 5:1.

Rauf da bu görüşün iştirakçısı olub. Komandasının dördüncü qolunu da məhz Əliyev vurub. 

Bu rəqibini səfərdə də 4:1 hesabıyla məğlub etmiş “Kukesi” iki oyunun cəminə görə 9:2 üstün olub və 1/4 finala yüksəlib.