Futbol

DÇ-də ilk finalçı bəlli oldu - VİDEO

Futbol üzrə klublararası dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, BƏƏ-nin Əl-Əyn və Əbu-Dabi şəhərlərində keçirilən DÇ-2017 dekabrın 16-dək davam edəcək.

Turnirdə meydan sahibi “Əl-Cəzirə” (BƏƏ) ilə yanaşı, öz qitələrində çempion olmuş “Okland Siti” (Yeni Zelandiya), “Paçuka” (Meksika), “Vidad Kasablanka” (Mərakeş), “Urava Red Daymonds” (Yaponiya), “Qremio” (Braziliya) və “Real” (İspaniya) klubları çıxış edir.

DÇ-nin ilk oyununda “Əl-Cəzirə” və “Okland Siti” üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

1/4 finalda "Paçuka" "Vidad Kasablanka"ya, "Əl Cəzirə" isə "Urava Red Daymonds"a qalib gələrək, yarımfinala yüksəlib.

Yarımfinalın ilk görüşündə "Qremio" "Paçuka" ilə qarşılaşıb. Bu görüşün də taleyini 1 qol həll edib. Braziliya təmsilçisi əlavə vaxtda vurduğu qolla finala yüksəlib.

Klublararası dünya çempionatı

6 dekabr

İlk mərhələ

Əl Cəzirə (BƏƏ) - Okland Siti (Yeni Zelandiya) 1:0
Qol: Romarinyo, 37.

9 dekabr

1/4 final

1. Paçuka (Meksika) - Vidad Kasablanka (Mərakeş) 1:0
Qol: Quzman, 112.

2. Əl Cəzirə (BƏƏ) - Urava Red Daymonds (Yaponiya) 1:0
Qol: Mabxut, 52.

12 dekabr

Yarımfinal

Qremio (Braziliya) - Paçuka (Meksika) 1:0
Qol: Everton, 95.

13 dekabr

21:00 Əl Cəzirə (BƏƏ) - Real (İspaniya)

16 dekabr

18:00 Üçüncü yer uğrunda oyun

21:00 Final