Futbol

FİFA-dan milli üzvünə 5 oyunluq cəza - irqçiliyə görə

FİFA futbol üzrə Kolumbiya millisinin yarımmüdafiəçisi Edvin Kardonanı cəzalandırıb.

Dsport.az xəbər verir ki, dünya futbol qurumu sözügedən futbolçuya 5 oyunluq diskvalifikasiya tətbiq edib. Buna Kardonanın Cənubi Koreya ilə yoldaşlıq matçında irqçi davranışa yol verməsi səbəb olub. Belə ki, o, əlləri ilə gözlərini qıyaraq rəqib futbolçuya xüsusi jest edib. FİFA futbolçunun bu davranışını yolverilməz hesab edərək, onu sərt cəzalandırıb.

25 yaşlı futbolçunun cəzası yalnız yoxlama oyunlarına aiddi. Belə ki, o, rəsmi matçlarda komandasına kömək edə biləcək.