Futbol

Rusiya klubları ASEP şirkətinin dəvəti ilə Bakıya gəlir

Bakı şəhəri hər il keçirilən mini-futbol üzrə “QKS” kubokunun sayca 10-cu yubiley çempionatına ev sahibliyi etməyə hazırlaşır.

Dsport.az xəbər verir ki, ənənəyə əsasən, “QKS” kuboku 10 il ərzində dünyanın müxtəlif şəhərlərində keçirilib. Turnir Kazan, Sankt-Peterburq, Soçi, Dubay və digər şəhərlərdə təşkil olunub. ASEP (Azfar Sport Events & Promotion) şirkətinin dəvəti ilə yubiley turnirinin məhz Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Təşkilatçı olaraq Azərbaycan tərəfindən ASEP (Azfar Sport Events & Promotion) şirkəti, Rusiya tərəfindən isə elmi istehsalat müəssisəsi “QKS” çıxış edəcək. 

Turnirdə Rusiyanın müxtəlif regionlarından olan 9 komanda və Azərbaycan tərəfindən xüsusi dəvət alan bir komanda iştirak edəcək. Eyni zamanda, komandalarına dəstək olmaq üçün paytaxtımıza 500-ə yaxın azarkeşin gəlişi gözlənilir. Tədbirin partnyorları arasında “Pullman Baku” oteli və tibbi dəstək göstərəcək “Həyat Clinic” olacaq. 

Turnirin təşkilindən savayı, ASEP (Azfar Sport Events & Promotion) şirkəti şəhərimizin qonaqları üçün şəhər gəzintisi, milli mətbəx, folklor və adət-ənənələrlə tanışlıq kimi mədəni və əyləncəli proqramlar da nəzərdə tutub. Turnir haqqında əlavə məlumatları təşkilatçı şirkətin rəsmi internet səhifəsindən öyrənmək olar – www.asep.az

Xatırladaq ki, ASEP (Azfar Sport Events & Promotion) şirkətinin fəaliyyət istiqamətlərindən biri də idman tədbirlərinin keçirilməsidi. Şirkət təşkilatçısı olduğu Azfar Biznes Liqası, AMFL mini futbol liqası və Azfar futbol məktəbi kimi lahiyələrlə tanınmaqdadı.