Futbol

Daha bir milli komanda baş məşqçisiz qaldı

Futbol üzrə Avstraliya milli komandası baş məşqçisiz qalıb.

Dsport.az xəbər verir ki, sözügedən komandanı çalışdıran Angelos Postekoğlu komandanı 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına çıxardıqdan cəmi bir həftə sonra istefa verib.

Postekoğlu yığma komandanı çalışdırmağın böyük məsuliyyət olduğunu və bu məsuliyyəti başqa birinə verməyin ən doğru zamanı olduğunu qeyd edib.

Avstraliya yığmasını DÇ-2018-ə hansı mütəxəssisin aparacağına tezliklə aydınlıq gələcək.

Qeyd edək ki, Postekoğlu Avstraliya yığmasının 2013-cü ildən etibarən çalışdırırdı.