Futbol

“Traktorsazi” darmadağın oldu

Futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb. Təbriz klubu səfərdə “Sepahan”la qarşılaşıb və böyük hesabla uduzub – 0:3.

Təbrizin digər təmsilçisi “Göstəriş” isə bu turda “İstiqlal”a 2:1 hesabıyla qalib gəlib.

“Göstəriş” hazırda 14 xalla 16 klub arasında 10-cu, “Traktorsazi” isə 12 xalla 13-cü pillədə qərarlaşıb.