Futbol

“Qarabağ”ın hücumçusu milliyə lazım olmadı

Futbol üzrə Cənubi Afrika Respublikası (CAR) yığma komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu matçını keçirib.

Dsport.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovunun formasını geyindiyi bu komanda D qrupunun son turu çərçivəsində səfərdə lider Seneqalla qarşılaşıb. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dino bu oyunun iştirakçısı olmayıb. O, Seneqalla evdəki oyunda olduğu kimi, cavab görüşündə də sonadək ehtiyatda qalıb.

Onun komandası isə seçmə mərhələni 4 xalla 4 komanda arasında sonuncu pillədə başa vurub.