Futbol

Məşhur futbolçunun ailəsində faciə

Futbol üzrə Uels yığmasının və İspaniyanın “Real” klubunun ulduz oyunçusu Qaret Beylin ailəsində faciə yaşanıb.

Dsport.az xəbər verir ki, Beylin bacısının əri Aleksandr Uilyams Kardif yaxınlığındakı mənzilində ölü tapılıb. Onun hansı səbəbədən öldüyü məlum deyil.

Polis hadisəni araşdırır, lakin bildirir ki, onun ölümündə şübhəli əlamətlər yoxdu.

Beylin bu hadisədən şoka düşdüyü deyilir. O, bir müddətdi ki, zədəlidi və bərpa kursu keçir.