Futbol

“Roma”nın futbolçusu millidən getdi

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Daniele de Rossi milli karyerasını başa vurduğunu bəyan edib.

Dsport.az xəbər verir ki, təcrübəli futbolçu bu qərarını DÇ-2018-ə vəsiqə uğrunda İsveçlə keçirilən cavab pley-off qarşılaşmasından sonra açıqlayıb. O, yeni komandanın qurulmalı olduğunu vurğulayıb:

“Ölkəmin şərəfini qorumaq üçün 10 il sərf etmişəm. Yığmanın formasını sonuncu dəfə soyunmaq qəribə hissdi. Gələcəyə hesablanmış yeni komanda qurmaq üçün futbolçularımız var”.

34 yaşlı futbolçu İtaliya yığmasında 100-dən artıq oyun keçirib.

İtaliya iki oyunun nəticəsində İsveçə məğlub olaraq (0:1, 0:0), DÇ-2018-ə vəsiqə qazana bilməyib. Bundan sonra De Rossi ilə yanaşı, təcrübəli qapıçı Canluici Buffon da milli karyerasını başa vurduğunu bəyan edib. Corco Kyellini və Andrea Bardzalyinin də İtaliya yığmasından getdiyi bildirilir.