Futbol

Buffon millidən göz yaşları ilə getdi - VİDEO

Futbol üzrə İtaliya yığması pley-off qarşılaşmalarında İsveçə məğlub olaraq, (0:1, 0:0) DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq şansını boşa verdi.

Dsport.az xəbər verir ki, İsveçlə keçirilən cavab qarşılaşmasından sonra İtaliyanın qapıçısı Canluici Buffon yığma karyerasını bitirdiyini deyib. O, nəticəyə görə hər kəsdən üzr də istəyib:

“Bu, mənim yığma karyeramda sonuncu oyun oldu. Bağışlayın məni, bağışlayın bizi”.

Buffon bu sözləri deyərkən göz yaşlarını saxlaya bilməyib. O, İtaliya yığmasında 1997-ci ildən çıxış edirdi.