Futbol

Avropanın sonuncu DÇ iştirakçısı Danimarka oldu

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu pley-off oyunu keçirilib. 

Dsport.az xəbər verir ki, son vəsiqə uğrunda həlledici matçda Danimarka və İrlandiya yığmaları üz-üzə gəlib.

Danimarkada keçirilmiş ilk qarşılaşmada qol qeydə alınmamışdı. Bu üzdən də bütün suallara cavab görüşündə aydınlıq gələcəkdi. Matçda hesabı meydan sahibləri açıblar. Amma möhtəşəm əzmkarlıq nümayiş etdirən danimarkalılar qalan dəqiqələrdə ardıcıl 5 qol vuraraq, mundiala vəsiqə əldə ediblər.

DÇ-2018-in seçmə mərhələsi
Pley-off 
(cavab oyunu)
14 noyabr
 
İrlandiya – Danimarka 1:5 (ilk oyun 0:0)
Qol: Daffi, 6 - Kristensen, 29. Eriksen, 32; 63; 74. Bendtner, 90-pen.