Futbol

Türkiyə Albaniyaya da məğlub oldu

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ötən gecə daha 8 belə qarşılaşma baş tutub.

Türkiyə yığması doğma meydanda Albaniya ilə qarşılaşıb. Qonşu ölkə təmsilçisi beş qolun qeydə alındığı matçın sonunda məğlubiyyətlə üzləşib.

Gecənin ən bolqollu matçı Kosovo və Latviya yığmaları arasında baş tutub. Yeddi qolun qeydə alındığı görüşdə qələbəni kosovolular bayram ediblər.

Yoxlama oyunları
13 noyabr

Ermənistan – Kipr 3:2

Gürcüstan – Belarus 2:2

Venesuela – İran 0:1

İraq – Suriya 1:1

Bolqarıstan – Səudiyyə Ərəbistanı 1:0

Türkiyə - Albaniya 2:3

Kosovo – Latviya 4:3

Polşa – Meksika 0:1