Futbol

“ABL Cup”-da bütün pley-offçular bəlli oldu

ABL Cup 2017/18 Biznes Liqanın qrup mərhələsinin üçüncü turu başa çatıb.

Dsport.az xəbər verir ki, qrup mərhələsinin son oyun günü ərzində pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Pley-off mərhələsinə vəsiqə qazanan komandaların siyahısı aşağıdakı kimidi:

1-ci səbət – qrupun qalibləri:
Embawood
Azecolab
Buta Palace
Universal
Azersun
Gilan Holding
M Group Production
Silk Way Group

2-ci səbət – qrup ikinciləri:
KATV1
City Taxi
Port of Baku
Təmiz Şəhər
Atl Tech
Polat Yol
Muğanbank
Iteca Caspian LLC

Qrup mərhələsində üçüncü və dördüncü yerlərini tutan komandalar, 17 və 32 yerlər uğrunda mübarizə aparacaqlar.

14 noyabr saat 19:30-da yarışın rəsmi tərəfdaşı olan “Pullman” otelində, çempionatın pley-off mərhələsinin püşkatma mərasimi baş tutacaq. Hər zaman olduğu kimi, təşkilatçı ASEP şirkəti qonaqlar üçün maraqlı bir tədbir hazırlayır.