Futbol

Qadın futbolunda da ən yaxşılar bəlli oldu

FİFA 2017-ci ilin ən yaxşılarını mükafatlandırıb.

Futbolinfo.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda təşkil olunan “The Best” adlı tədbirdə müxtəlif nominasiyalar üzrə ən yaxşıların adları açıqlanıb.

2017-ci ilin ən yaxşı qadın futbolçusu hollandiyalı Like Martens (“Barselona”) seçilib. Bu mükafata onunla yanaşı, Deyna Kastelyanos (“Santa-Klarita”, ABŞ) və Karli Lloyd (“Mançester Siti”, İngiltərə) da namizəd idi.


Qadın futbolunda ən yaxşı baş məşqçi isə Hollandiya millisinin çalışdırıcısı Sarina Viqman seçilib. O, Danimarka yığmasını çalışdıran həmkarı Nils Nilsen və fransalı Jerar Preşeri ("Olimpik”, Lion) qabaqlayıb.