Futbol

İlin ən yaxşı fanatları onlar seçildi

FİFA 2017-ci ilin ən yaxşılarını mükafatlandırıb.

Dsport.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda təşkil olunan “The Best” adlı tədbirdə müxtəlif nominasiyalar üzrə ən yaxşıların adları açıqlanıb.

İlin ən yaxşı fanatları Şotlandiyanın “Seltik” klubunun azarkeşləri seçilib. 

Bu mükafata Almaniyanın "Borussiya” (Dortmund) və Danimarkanın "Kopehagen” komandalarının fanatları da namizəd idi.