Futbol

2017-ci ilin ən yaxşı qapıçısı - Buffon

FİFA 2017-ci ilin ən yaxşılarını mükafatlandırıb.

Dsport.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda təşkil olunan “The Best” adlı tədbirdə müxtəlif nominasiyalar üzrə ən yaxşıların adları açıqlanıb.

İlin ən yaxşı qapıçısı İtaliyanın “Yuventus” klubunun futbolçusu Canluici Buffon seçilib. Bu mükafata italiyalı qapıçı ilə yanaşı, Keylor Navas ("Real”, İspaniya) və Manuel Noyer ("Bavariya”, Almaniya) də namizəd idi.

Qeyd edək ki, Buffon ötən mövsüm “Yuventus”la növbəti dəfə İtaliya çempion olub, UEFA Çempionlar Liqasında final oynayıb.