Futbol

2017-ci ilin ən yaxşı məşqçisi bəlli oldu

FİFA 2017-ci ilin ən yaxşılarını mükafatlandırıb.

Dsport.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda təşkil olunan “The Best” adlı tədbirdə müxtəlif nominasiyalar üzrə ən yaxşıların adları açıqlanıb.

İlin ən yaxşı baş məşqçisi İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan seçilib. Madrid təmsilçisi ilə ötən mövsüm İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olan fransız mütəxəssislə yanaşı, bu adı almağa Massimiliano Alleqri ("Yuventus") və Antonio Konte ("Çelsi") də namizəd idi.

Qeyd edək ki, Zidan ilin ən yaxşı futbolçusu (1998) və məşqçisi (2017) mükafatını alan ilk futbol adamı kimi tarixə düşüb.