Futbol

Millimizin üzvü oynadı, komandası xal itirdi

Futbol üzrə Ukrayna çempionatında 13-cü turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Veres Rivne” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.

"Aleksandriya" geridə qalan turlarda topladığı 10 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.