Futbol

Nəsirovlu “Sportinq” 4 qola üzüldü

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 10-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Penafiel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.
 
Nəsirov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

"Sportinq" hazırda 13 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.