Futbol

Millimizin üzvü “fərqləndi”, komandası uduzdu

Futbol üzrə Ukrayna çempionatında 12-ci turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. O, 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

"Aleksandriya" geridə qalan turlarda topladığı 9 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.