Futbol

Rauf Əliyevdən Albaniyada növbəti qol - VİDEO

Xəbər verdiyimiz kimi, azərbaycanlı hücumçusu Rauf Əliyev Albaniya çempionatında növbəti oyununu keçirib.

Dsport.az xəbər verir ki, millimizin sabiq forvardı “Kukesi”nin “Luşnya” ilə səfər matçına start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının 2:0 hesablı qələbəsində də Raufun böyük pay sahibi olduğunu demək olar. O, öncə matçın 47-ci dəqiqəsində qapıçı ilə üz-üzə qalsa da, rəqib tərəfindən kobudluqla dayandırılıb. Buna görə baş hakim meydan sahiblərinin qapıçısını meydandan qovub. 60-cı dəqiqədə isə Rauf komandasının ikinci qoluna imza atmaqla oyunun yekun nəticəsini müəyyənləşdirib.