Futbol

Təbriz klubu səfərdən məğlub qayıtdı

Futbol üzrə İran çempionatında 9-cu turun oyunları keçirilir. 

Dsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Göstəriş” də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Paykan”la qarşılaşıb və 0:1 hesabıyla uduzub.

Təbrizin daha məşhur “Traktorsazi” komandası isə bu gün doğma meydanda məğlubyyət tanımayan və lider olan “Pars Jonubi” ilə münasibətlərinə aydınlıq gətirəcək.

“Traktorsazi” hazrda 10 xalla 16 iştirakçı arasında 8-cidi. “Göstəriş” isə 7 xalla sonuncu pillədə qərarlaşıb.