Futbol

Avtobus aşdı, komanda üzvlərindən 8-i xəsarət aldı

Meksikanın “Reboseros de la Pyedad” klubunun futbolçularını daşıyan avtobus qəzaya uğrayıb.

Dsport.az xəbər verir ki, avtobusun aşması nəticəsində futboçu və məşqçi heyətindən azı 8 nəfər xəsarət alıb. Zərərçəkənlərə dərhal yardım göstərilib və həyati təhlükələri yoxdur.

İlkin ehtimala görə, hadisəyə nəqliyyat vasitəsinin əyləc sisteminin sıradan çıxması səbəb olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

“Reboseros de la Pyedad” Meksikanın ikinci divizionunda mübarizə aparır. Komanda Kuernavaka şəhərində sabah “Alkones Morelos”a qarşı keçirəcəyi səfər oyununa gedirmiş. Lakin qəza səbəbindən oyun təxirə salınıb.