Futbol

Vidal da milli karyerasını başa vurdu

Futbol üzrə Çili yığmasının üzvü Arturo Vidal milli kasryerasını başa vurub. 

Dsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində Braziliyaya uduzaraq mundiala vəsiqə şansını itirdikləri oyundan sonra bu qərarı verib.

Qeyd edək ki, 2007-ci ildən Çili millisinə çağırılan "Bavariya"nın futbolçu keçirdiyi 95 oyunda 23 qol vurub.