Futbol

Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimatı

AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək xorvatiyalı mütəxəssisə fəaliyyətində uğurlar arzulayıb

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ictimaiyyətə təqdim olunub. 

AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək xorvatiyalı mütəxəssisə fəaliyyətində uğurlar arzulayıb.
  
Rövnəq Abdullayev və Robert Prosineçki müqaviləni imzalayıblar və AFFA prezidenti üzərində Robert Prosineçkinin ad və soyadı yazılmış Azərbaycan milli komandasının 8 nömrəli futbolkasını, AFFA-nın vımpel və şərfini məşqçiyə hədiyyə edib.