Futbol

“Traktorsazi” doğma meydanda məğlub oldu

Futbol üzrə İran çempionatında 7-cı turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb. Təbriz klubu doğma meydanda “Padideh”lə üz-üzə gəlib və 1:2 hesabıyla uduzub.

Xatırladaq ki, Cənubi Azərbaycanın elitadakı digər təmsilçisi “Göstəriş” isə hesabat turunda səfərdə “Məşhəd”ə qalib gəlib – 1:0.

Hər ikisi eyni xala (7) malik olan Təbriz klublarından “Traktorsazi” 16 iştirakçı arasında 10-cu, “Göstəriş” isə 13-cüdü.