Futbol

Ziya oynadı, komandası “Eyndhoven”ə qalib gəldi

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 6-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Əzizov da bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.

"Den Boş" hazırda 7 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.