Futbol

“Anortosis”in prezidenti: “Arazın transfer hüququnu da ala bilərik”

"Anortosis"də icarə əsasında çıxış edən azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayev Kipr klubunda məşqçilər korpusunun etimadını qazana bilib. 

Famaqusta təmsilçisi Arazı komandaya transfer etmək istəyir. Millimizin üzvü qısa müddətdə etimadı doğrulda bilib. Bu barədə dsport.az saytına Kipr klubunun prezidenti Andreas Panteli deyib: 

“Araz “Anortosis” üçün lazımlı oyunçudu. Az müddətdə bizimlə olmasına baxmayaraq, bunu demək olar. Lazım gələrsə, Arazı transfer də edə bilərik. Bunu qarşıdakı vaxtlarda qarşı tərəflə danışıb ortaq məxrəcə gəlmək olar”.