Futbol

“Amkar”ın kapitanı Azərbaycan klubuna keçir

Rusiyanın “Amkar” klubunun əvəzedici heyətinin kapitanı Rinat Hüseynov karyerasını Azərbaycanda davam etdirəcək. 

Dsport.az saytına bu barədə futbolçu özü məlumat verib. Perm klubunda əsas komandada oynamaq şansı qazana bilməyən Hüseynov menecerinin vasitəsilə ölkəmizdəki klublardan biri ilə anlaşmaq istəyir. Bir müddət əvvəl “Qarabağ”da baxışda olan Rinat, məşqçilər korpusu tərəfindən bəyənilsə də, sonda klubu keçidə imkan verməmişdi: 

“Qarabağ”da oynamaq istəyirdim. Məşqçilər də məndən razılıq edirdi. Amma klubum məni "Qarabağ"a buraxmadı. Ancaq bu dəfə ayrılmaq haqda düşünürəm və fikrimdə qətiyəm".