Futbol

Ziya oynadı, komandası Hollandiya Kubokunda mərhələ adladı

Futbol üzrə Hollandiya Kubokunda 1/32 mərhələsinin oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da bu turnirin yeni mövsümündə ilk matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zvaluven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan çətin qələbə ilə ayrılıb (3:2) və mərhələ adlayıb.

Ziya da bu oyunun iştirakçısı olub. Baş məşqçi ona son yarım saatda şans verib. Milli komandamıza dəvət şansı qazanmayan futbolçu 70-ci dəqiqədə qapıçı ilə üz-üzə qalsa da, qol vura bilməyib.